Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan əsas ərzaq məhsullarına olan tələbatını yerli imkanlar hesabına ödəyir

Daha 45 hektar sahədə kartof tədarükünə başlanılıb

Muxtar respublikada yay aylarında əkilən kartof əkin sahələrindən məhsul yığımına başlanılıb. 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat Nazirliyindən naxcivantv.az-a verilən məlumata əsasən torpaq mülkiyyətçiləri avqust ayının əvvəllərindən  başlayaraq  təkrar kartof əkinləri keçirməyə başlayıblar. Əkinlər əsasən Babək, Şərur rayonlarında və Naxçıvan şəhərinin kəndlərində olmaqla ümumilikdə 45 hektar sahədə aparılıb. Hazırda sahələrdə kartof yığımına başlanılıb.

Qeyd edək ki, yaz əkini üçün əkilən kartofun yığımı iyun-avqust aylarına təsadüf edir. Yerdə qalan 9 ay ərzində kartofu saxlamaq əlavə xərclər və xüsusi şərait tələb edir. Ona görə də 1 ildə kartofdan 2 dəfə məhsul götürərkən həm kartofun çox saxlanması problemi aradan qalxır, soyuducu anbarlar tələb olunmur, həm də ikinci əkinlərdən əldə olunan  məhsul qiymətli toxum materialı kimi saxlanılır.

 Kartofun yay əkini üçün əlavə torpaq sahəsi ayrılmasına da  ehtiyac yoxdur. Torpaq mülkiyyətçilərinin bir çoxu kartofu taxıl məhsullarını  yığıb qurtardıqdan sonra dənli bitkilərin yerinə əkirlər. Həmin torpaqlar iyul ayında şumlanır və avqustun 1-ci ongünlüyündə kartofun yay əkini üçün hazır olur. Biçilən taxıl sahələrinin yerində  kartof əkinləri aparıldıqda növbəti ildə də həmin sahələrdən  yüksək məhsuldarlıq əldə olunur.

Qeyd edək ki, son illər muxtar respublikada aparılan uğurlu aqrar islahatlar nəticəsində Naxçıvan əsas ərzaq məhsullarına olan tələbatını yerli imkanlar hesabına ödəyir. Muxtar respublikada kartofçuluğun inkişafına dair Dövlət Proqramı da qəbul edilərək uğurla icra olunub.

                                                                           Novruz Məmmədov

                                                                               NTV Xəbər 

www.naxcivantv.az