Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Naxçıvan Muxtar Respublikasının yubileyləri 1924-1984” kitabı işıq üzü görüb

Naxcivantv.az xəbər verir ki,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən nəşrə hazırlanan kitabda muxtar respublikanın 25,40,50 və 60 illik yubileyləri  ilə əlaqədar materiallar toplanıb.

Beş bölmədən ibarət olan kitabın ilk bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasına dair müxtəlif tarixi və arxiv sənədləri yer alıb. Bu bölmədə 26 fevral 1923-cü ildən 15 fevral 1926-cı ilə qədər zaman çərçivəsini əhatə edən 7 tarixi sənəd elmi ictimaiyyətin və geniş oxucu kütləsinin diqqətinə təqdim olunur.

Kitabın digər bölmələri də kifayət qədər zəngin sənədli materiallar və fotoşəkillərlə diqqəti cəlb edir. Ümummilli lider Heydər Əliyevin Naxçıvana xüsusi diqqət və qayğısını, muxtar respublikanın yubiley tədbirlərində iştirakı və  çıxışlarını əks etdirən nadir sənəd  və fotoşəkillər kitabın əhəmiyyətini daha da artırır.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunan kitab Naxçıvanın tarixi ilə maraqlananlar, eləcə də geniş ictimaiyyət üçün əhəmiyyətli bir nəşrdir.

 

Kənan Cəlilsoy

NTV xəbər 

www.naxcivantv.az