Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Əziz Əliyevin 120 illik yubileyi keçiriləcək

Naxcivantv.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında bu gün Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki,2017-ci il yanvarın 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120 illiyi tamam olur. Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermişdir. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.

Sərəncama əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcəklər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.naxcivantv.az