Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda keçirilən beynəlxalq elmi simpozium başa çatıb - YENİLƏNİB

Naxcivantv.az xəbər verir ki, bu gün Naxçıvan Dövlət Universitetində “Orta Araz hövzəsi tarix və mədəniyyət fonunda” mövzusunda keçirlən beynəlxalq elmi simpoziumun yekun iclası olub.

Atatürk Araşdırma Mərkəzinin rəhbəri professor Mehmet Ali Beyhan  qeyd edib ki, tarix boyu türklər öz tarixi və mədəniyyətləri ilə seçiliblər. Dünya sivilizasiyasının əsas məskənlərindən hesab edilən Dəclə və Fərat çayları arasındakı ərazidən-Mesopotamiyadan yayılan Şumer mədəniyyəti türk mədəniyyətinin nə qədər qədim tarixə söykəndiyini göstərir.

AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Naxçıvanda keçirilən beynəlxalq elmi simpoziumun böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edib ki, tarix institutu Atatürk Araşdırma Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq şəraitində belə bir simpozium keçirilir və bölmə iclaslarında müxtəlif məruzələr dinlənildi. Həmin məruzələrdə tariximizin müxətlif məqamlarına elmi şəkildə aydınlıq gətirildi.

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov simpoziumun təşkili məsələlərindən danışıb və qeyd edib ki, simpoziumda mühüm tarixi əhəmiyyəti olan onlarla yeni elmi iş təqdim edilib. Bölmə iclaslarında ədəbiyyat və memarlıq məsələlərinə həsr olunan məruzələr xüsusilə diqqətəlayiqdir.

Saleh Məhərrəmov vurğulayıb ki, belə bir beynəlxalq simpoziumun Naxçıvanda keçirilməsi bu qədim diyarın keçmişdə olduğu kimi, bu gün də türk dünyasında mühüm rol oynadığını bir daha təsdiq edir.

Sonra Atatürk Araşdırma Mərkəzi tərəfindən simpozium iştirakçılarına sertifikatlar təqdim olunub.

Daha sonra simpozium iştirakçıları Heydər Əliyev Muzeyinə gəliblər. Muzeydə qonaqlara məlumat verilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

Qonaqlar muzeydə Azərbaycan xalqının ümummilli lideri, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif eksponatlarla tanış olublar.

 

Əbülfəz Dünyamalıyev

NTV xəbər

www.naxcivantv.az