Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Kolumbiya voleybolçuları Naxçıvandadır

Naxcivantv.az xəbər verir ki, voleybol üzrə Kolumbiya və Azərbaycanın yeniyetmə qızlardan ibarət milli komandalarının Naxçıvana səfəri davam edir.  Təlim-məşq və yoldaşlıq görüşləri çərçivəsində qonaqlar muxtar respublikamızın gəzməli-görməli və tarixi yerlərində olublar.

Komandalar öncə Naxçıvan şəhərindəki Əyləncə və İstirahət Mərkəzinə gəliblər. Sonra Culfa rayonuna yola düşən idmançılar Əlincəqala Tarix Mədəniyyət Muzeyi və Əlincə qalası ilə tanış olublar.

Kolumbiyalı voleybolçu Adriana Marsela fikirlərini əməkdaşımızla bölüşüb:

- "Yaşadığım şəhər dağlıq ərazidə yerləşmədiyindən belə bir mənzərəni, xüsusilə də Əlincə qalasını görməyimə çox şadam. Naxçıvan şəhəri də təmiz və gözəldir. Gəzintimiz isə maraqlı və əyləncəli keçir."

Azərbaycanda müalicəvi turizmin ən gözəl nümunələrindən biri olan Duzdağ Fizioterapiya Mərkəzi də qonaqların marağına səbəb oldu. Qonaqlara məkanla və müalicə dövrü ilə bağlı məlumatlar verilib.

Gəzintilərin ardından komandalar İlham Əliyev adına Olimpiya İdman Kompleksində növbəti məşq prosesinə qatılıblar.

 Qeyd edək ki, sabah Azərbaycan və Kolumbiya milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.

                                                                               Emil Səmədov

                                                                              NTV xəbər

www.naxcivantv.az