Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanın statistika orqanlarında işə qəbul imtahanı keçirilib

Dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin  test mərhələsi  başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında  Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Naxcivantv.az-a bildirilib ki, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün  11 oktyabr 2016-cı il tarixdə elan edilmiş müsabiqəyə 74 vakant vəzifə üzrə 192 namizəd sənəd təqdim edib.

İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla 100 sual təqdim edilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərə cavab kartı və  imtahanın  nəticəsinə dair arayış təqdim edilib. İmtahan komissiyanın  “Test mərkəzi”ndə elektron  formada keçirilib.

Test imtahanlarının nəticələri  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib. Nəticələrə görə noyabrın 18-də imtahan verən 47 nəfərdən 11-i keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Test imtahanları noyabrın 23-dək davam edəcək.   

 Əbülfəz Dünyamalıyev

 NTV xəbər

www.naxcivantv.az