Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Cərrahiyyənin aktual problemləri müzakirə olunub

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Cərrahiyyənin aktual problemləri” mövzusuna aid elmi-praktik konfrans keçirilib.

Naxcivantv.az xəbər verir ki, konfransı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Süleyman Cəfərov açıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-cərrahı Cəbi İsmayılov “Kəskin appendisitlərin diaqnostikasında ultrasəs müayinəsinin rolu”, Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkim-cərrahı İsa Abdullayev “Peritonitlərin ağırlıq dərəcəsinin və proqnozunun təyin edilməsi üsullarının müqayisəli təhlili”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-cərrahı Adil Məmmədov “Dayaq-hərəkət aparatı yad cisimlərinin diaqnostikasında yeniliklərimiz”, xəstəxananın həkim-cərrahı Etibar Bababəyli “Kəskin bağırsaq keçməzliyi, kliniki təcrübəmiz və müasir müalicə üsulları”, xəstəxananın həkim-rezidenti Təbrizə Əliyeva “Disseminə olunmuş Damardaxili laxtalanma sindromu”, xəstəxananın  həkim-rezidenti Həbib Məmmədov “Qalxanabənzər vəzi xəstəliklərinin cərrahi müalicəsində müasir metodlar” mövzularında çıxışlar ediblər.

Çıxışlardan sonra müzakirələr aparılıb, cərrahiyyənin problemləri və müasir elmi yanaşmalarla bağlı suallar cavablandırılıb.

Sonda Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Əli Ələsgərov elmi-praktik konfransın əhəmiyyətinə toxunaraq bildirib ki, məqsəd bu aktual mövzularla bağlı elmi fikir mübadilələrinin aparılması, cərrahiyyənin müasir nailiyyətlərinin tətbiqinin genişləndirilməsidir.

 

                                                                  Kəmalə Əliyeva

NTV xəbər

www.naxcivantv.az