Dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılır

23 iyun Dövlət qulluqçularının  peşə bayramı günüdür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ali  hakimiyyətə gəlişi ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamışdır. 2000-ci il iyulun 21-də isə “Dövlət qulluğu haqqında”  Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Azərbaycan Respublikasında bu gün də dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirir. Dövlət qulluğu ilə bağlı mühüm proqramlar təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmışdır. Nəticədə, infrastruktrun digər sahələri kimi, dövlət qulluğu da özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Naxçıvan Muxtar Respublikasında da dövlət qulluğu sahəsində aparılan islahatlar uğurla davam etdirilir. Son illər muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılmış, “Elektron hökümət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmiş, bəzi dövlət orqanları üzrə səyyari xidmətlər təşkil edilmişdir. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət quluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi dövlət qulluğuna göstərilən diqqət və qayğının bariz nümunəsdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya muxtar respublikada kadr siyasətinin həyata keçirilməsi, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə yolu ilə seçilməsi, yerləşdirilməsi və digər məsələlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edir. Fəaliyyətə başladıqdan qısa müddət sonra komissiya üçün yeni inzibati binanın tikilməsi, informasiya və kommunikasiya texnologiyalarından istifadəyə imkan verən test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılması fəaliyyətin günün tələbləri səviyyəsində qurulmasına imkan verdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Komissiya qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Komissiyanın əməkdaşları daim öz üzərlərində çalışmalı, müvafiq qanunvericilik bazasını, normativ hüquqi aktları dərindən öyrənməli, onların tətbiqinə çalışmalı, ədalət və şəffaflıq prinsipinə daim əməl etməlidirlər”.

Hazırda komissiyanın əməkdaşları fəaliyyətini qarşıya qoyulmuş bu vəzifələrin icrası istiqamətində qurmuşdur. Komissiya tərəfindən indiyədək keçirilmiş 13 müsabiqədə 3847 namizəd iştirak etmiş, onlardan 816-ı dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət işçilərinin təqribən 33 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabilliyyəti olan dövlət qulluqçularıdır. Bundan başqa, Komissiyanın təşkilatçılığı ilə dövlət qulluğunun xüsusi növünə aid olan orqanlar üzrə 29 müsabiqənin test imtahanları keçirilmiş, bu imtahanlarda 1306 namizəd iştirak etmiş, onlardan 365-i müvafiq keçid balını toplamışdır. Keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və gənclərin dövlət qulluğuna marağı artır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən yeni proqram təminatının yaradılması komissiyanın fəaliyyətinin yaxşılaşmasına səbəb olmuş, elektron xidmətlərin həyata keçirilməsinə, namizədlərin internet üzərindən qeydiyyatdan keçməklə müsabiqədə iştirakına imkan yaratmışdır. Bütün bunlar elektron sənəd qəbulu işinin sürətlənməsinə, vaxt itkisinin minimuma endirilməsinə və şəffaflığın tam təmin olunmasına gətirib çıxarmışdır. Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün proqram təminatı hazırlanmışdır ki, bu da dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, dövlət qulluqçuları haqqında məlumatların toplanılması və təhlilini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin etmişdir. Hazırda muxtar respublikanın dövlət orqanlarında fəaliyyət göstərən 2419 vəzifəli şəxs barədə məlumatlar Reyestrə daxil edilmişdir. Dövlət qulluqçularının 26 faizini gənclər, 22 faizini isə qadınlar təşkil edir.

Muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə uyğun dövlət idarəçiliyi sisteminin yaradılmasına da səbəb olmuşdur. Hər bir vətəndaş kimi, dövlət qulluqçuları da dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmuşdur. Göstərilən qayğının müqabilində hər bir dövlət qulluqçusu bundan sonra da səylə çalışmalı, muxtar respublikamızın inkişaf və tərəqqisinə öz töhvəsini verməlidir.

Dövlət qulluqçusunun əsas vəzifələri həmçinin xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməkdən, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir. Dövlət qulluğu təkcə geniş səlahiyyət deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Dövlət qulluqçusu unutmamalıdır ki, o, idarəetmə və digər funksiyaları icra edərkən, ilk növbədə, dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Hər bir dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə dövlətin güzgüsüdür. Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın bütün rayonlarında böyük hörmətlə anılıb

13-12-2019-12-09 Xəbərlər

Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın bütün rayonlarında böyük hörmətlə anılıb

Ölkəmizin hər yerində olduğu kimi, Şərur rayon sakinləri də dekabrın 12-də ulu ö...

Ötən günün mənzərəsi - VİDEO

13-12-2019-10-53 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan təmsilçisi yaradıcılıq müsabiqəsində uğurla çıxış edib

12-12-2019-17-41 Xəbərlər

Naxçıvan təmsilçisi yaradıcılıq müsabiqəsində uğurla çıxış edib

NUHÇIXAN xəbər verir ki, sağlamlıq imkanları məhdud şəxslərin VIII Ümumrespublik...

Ali Məclisin Sədri Sərəncam imzaladı

12-12-2019-15-56 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 12-də “...

Dahi siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider

12-12-2019-15-01 Xəbərlər

Dahi siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider

Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasi...

Heydər Əliyev və Naxçıvan

12-12-2019-14-00 Xəbərlər

Heydər Əliyev və Naxçıvan

Xalqların böyüklüyü onların ərazilərinin böyüklüyü-kiçikliyi, yaxud əhali sayı i...

Fövqəladə Hallar Nazirliyində Ulu öndərə həsr edilən tədbir olub

12-12-2019-12-32 Xəbərlər

Fövqəladə Hallar Nazirliyində Ulu öndərə həsr edilən tədbir olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

12-12-2019-12-11 Xəbərlər

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

O yaşayır, yaşayacaq…

12-12-2019-09-00 Xəbərlər

O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər.

Culfa rayonunda təsərrüfat sahibləri ilə görüş

11-12-2019-18-21 Xəbərlər

Culfa rayonunda təsərrüfat sahibləri ilə görüş

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Culfa ray...

Hərbi hissələr qışa hazırdır - VİDEO

11-12-2019-18-00 Xəbərlər

Hərbi hissələr qışa hazırdır - VİDEO

Hərbi hissələrdə qışa hazırlıq prosesləri yekunlaşdırılıb, mövsüm üçün tələb olu...

Naxçıvan Bölməsində “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

11-12-2019-16-56 Xəbərlər

Naxçıvan Bölməsində “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edi...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

11-12-2019-16-25 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu təmin edilir

11-12-2019-14-17 Xəbərlər

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu təmin edilir

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi...

Təsviri sənətdə dahi Heydər Əliyev obrazı

11-12-2019-12-51 Xəbərlər

Təsviri sənətdə dahi Heydər Əliyev obrazı

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bədii obrazı müasir təsviri sənətimizin ç...

Ötən günün mənzərəsi - VİDEO

11-12-2019-12-15 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib

11-12-2019-11-32 Xəbərlər

Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi ...

“Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı işıq üzü görüb

11-12-2019-10-58 Xəbərlər

“Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı işıq üzü görüb

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı...

Naxçıvan Tibb Kollecinin tələbələri yol hərəkəti qaydaları barədə ətraflı məlumatlandırılıblar

11-12-2019-09-37 Xəbərlər

Naxçıvan Tibb Kollecinin tələbələri yol hərəkəti qaydaları barədə ətraflı məlumatlandırılıblar

Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ali təhsil...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

10-12-2019-20-40 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

NUHÇIXAN xəbər verir ki, dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

10-12-2019-19-50 Xəbərlər

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanı...

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

10-12-2019-19-20 Rəsmi

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbi...

Ali Məclisin Sədri Sərəncam imzaladı

10-12-2019-17-14 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da O...

Amerikalı ailə: "Naxçıvana gəlmək bizim çoxdankı istəyimiz idi” - VİDEO

10-12-2019-15-36 Xəbərlər

Amerikalı ailə: "Naxçıvana gəlmək bizim çoxdankı istəyimiz idi” - VİDEO

İstər Əlincəqala olsun, istər Duzdağ, istərsə də bir çox tarixi abidələr Naxçıva...

Naxçıvanda sabaha olan hava proqnozu

10-12-2019-12-53 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

10-12-2019-11-49 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Heydər Əliyev muzeyində növbəti açıq dərs

10-12-2019-11-27 Xəbərlər

Heydər Əliyev muzeyində növbəti açıq dərs

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Muzeyində “Əbədi yaşar lider” mövzusunda ...

Xüsusi mühafizə olunan təbiət əraziləri diqqətdə saxlanılır

10-12-2019-11-06 Xəbərlər

Xüsusi mühafizə olunan təbiət əraziləri diqqətdə saxlanılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Nakhchivan news - VİDEO

10-12-2019-10-24 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Ordubadda qanunsuz ov edən şəxslər saxlanılıb

10-12-2019-09-42 Xəbərlər

Ordubadda qanunsuz ov edən şəxslər saxlanılıb

NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasınd...