Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

 Naxçıvanda bayram namazı nə vaxt qılınacaq? – AÇIQLAMA

“Bu ilki Ramazan bayramını hansı tarixdə qeyd edəcəyik və bayram namazı nə vaxt qılınacaq?” – bu suallara Naxçıvan Muxtar Respublikasının qazısı Sahib Məmmədov aydınlıq gətirib.

Sahib Məmmədovun naxcivantv.az–a verdiyi məlumata görə, bu il muxtar respublika ərazisində bayram namazı 26 iyun 2017-ci il (hicri təqvim ilə 1438-ci il şəvval ayının 1-nə təsadüf edir ) tarixdə saat 9:00 da bütün məscidlərdə qılınacaq.
O bildirib ki, bayram günləri oruc tutmaq günahdır. Bayram namazı oruc halında qılınmaz. Müsəlman bayram namazı qılmazdan qabaq mütləq yemək yeməlidir.

Ramazan ayı müqəddəs aydır. Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Ramazan bayramından öncə imkanı olan hər bir müsəlmanın fitrə verməsi vacibdir.
Sahib Məmmədov bu məsələyə də aydınlıq gətirdi: “Özünün və ailəsinin illik qazancını təmin edəcək, qazancı olan ağıllı, yetkin hər kəs üçün fitir sədəqəsi vermək vacibdir. Fitir sədəqəsini verən şəxs sədəqəni həm şəxsi üçün, həm də ehtiyacını təmin etməyə borclu olduğu ailə üzvləri, eləcə də Ramazanın son axşamı Günəş batmadan əvvəl evinə gələn və qonaq olaraq qəbul etdiyi kəslər üçün verməlidir. Bu şəxslərin böyük-kiçik, yaxud müsəlman və ya qeyri-müsəlman olmaları arasında bir fərq yoxdur ”.

Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna, ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır.
Ramazan bayramının məqsədlərindən biri müsəlmanların birlik şəklində və bir-birilə görüşərək bayramlaşmasıdır. Bayramda müsəlmanlar bir-birlərini ziyarət etməli, qohum-əqrəbalarla görüşməli, əgər arada inciklik varsa, bu inciklik aradan qaldırılmalıdır.
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır.
Bütün müsəlmanların müqəddəs Ramazan bayramını təbrik edirik.


Orxan Əzimov

NTV Xəbər

www.naxcivantv.az