Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikada hərbi hissələrə sovqatlar aparılır

26 iyun Silahlı Qüvvələr günü ərəfəsində muxtar respublikanın meyvə bağlarından tədarük olunmuş meyvələr hərbi hissələrə təqdim edilib.

Naxcivantv.az xəbər verir ki, muxtar respublikada keçirilən iməciliklər zamanı salınan meyvə bağlarından tədarük edilmiş məhsulun hərbi hissələrə təhvili zamanı idarə, müəssisə və təşkilatların nümayəndələri hərbi qulluqçularla görüşüblər.

Şərur və Babək rayon İcra Hakimiyyətlərinin, Naxçıvan Muxtar Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri  qarşıdan gələn  Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edərək  xidmətlərində uğurlar arzulayıb, xalq-ordu birliyindən danışıblar.

Sonda gətirilən sovqat hərbi hissələrin anbarlarına təhvil verilib.

                                 

                                                                          Orxan Əzimov

                                                            NTV Xəbər 

 

www.naxcivantv.az