Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

 Şərurda su və kanalizasiya sistemləri yenidən qurulur

Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Şərur rayonunda işlər davam etdirilir.

Naxcivantv.az xəbər verir ki, rayonun Zeyvə kəndində ev bağlantıları birləşdirilir, Mahmudkənddə isə işlər yekunlaşıb, yaxın günlərdə sistemə su vurulub yoxlanılacaq.

Layihə çərçivəsində bu il Şərur rayonunda müxtəlif diametrli borularla  17,1 kilometr su xətti,  9,1 kilometr  kanalizasiya xətti çəkilib,  193 ev birləşməsi aparılıb.  Ümumilikdə isə , işlər başlayandan indiyə qədər rayonda 59,7 kilometr su və kanalizasiya xətti çəkilib, 702 ev birləşməsi aparılıb. Tikintidə istifadə olunan materialların hamısı ölkəmizdə istehsal edilən sənaye məhsullarıdır.

İş icraçısı  Amil Abbasov bildirib ki, işlərin böyük bir qismi yekunlaşıb. “İşlərin keyfiyyətinə mühəndislər tətəfindən ciddi nəzarət olunur. Çalışırıq ki, əhalini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edək”.   

Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə rayonda ümumi tutumu 27500 kub olan 3 anbar da tikilib.

Arpaçay üzərində tikilmiş qalereyadan su anbarlarına qədər 1,5 kilometr, anbarlardan Şərur şəhərinə qədər isə 7,1 kilometr uzunluğunda  su  xətti çəkilib. Hazırda 1 anbarda izolyasiya işləri başa çatıb, 2 anbarda isə işlər davam etdirilir.

                                Orxan Əzimov

NTV Xəbər

www.naxcivantv.az