Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Avropa peyk 5G-interneti sahəsində layihə reallaşdırmaq niyyətindədir

Avropa Kosmik Agentliyi “Paris Airshow” Beynəlxalq Aerokosmik Salonu çərçivəsində “Satellite for 5G” layihəsini təqdim edib.

Naxcivantv.az “3dnews.ru” saytına istinadən xəbər verir ki, yeni texnologiya peyk infrastrukturu üzərindən “5G” vasitəsilə internetə çıxış yaratmağa imkan verəcək. Yerüstü baza stansiyaları ilə müqayisədə bu texnologiyanın özəlliyi odur ki, dünyanın istənilən nöqtəsindən internetə çıxış mümkün olacaq.

Layihədə peyk sahəsində çalışan 16 şirkət iştirak edəcək. “Satellite for 5G” layihəsi üzrə sınaqlar 2018-2020-ci illərdə keçiriləcək.

“5G” şəbəkələri indiki “LTE” xidmətlərlə müqayisədə yalnız məlumatların ötürülmə sürətini dəfələrlə artırmır, həm də ləngimələri azaltmağa imkan verəcək.

www.naxcivantv.az