Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanın dağlıq ərazilərə malik olması burada terras üsulu ilə əkinlərin aparılmasını, yaşıllıqların salınmasını zəruri edib. Ümumilikdə muxtar respublikamızda son 7 il ərzində 500 hektardan artıq ərazidə terras üsulu ilə əkinlər aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şükür Nəbiyev naxcivantv.az - a bildirib ki, Uzunoba su anbarı ətrafında 5 təpəni əhatə edən terraslar yaradılıb. Yolu Naxçıvan-Şahbuz-Batabat magistralından düşən hər kəs Nəzərabad və Uzunoba kəndləri ərazisində olan terraslarda salınan yaşıllıqları görə bilər.

Məlumat üçün bildirək ki, bu il muxtar respublika ərazisində 500 hektar sahədə yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.  Bu işlərin bir hissəsi başa çatdırılaraq yaz əkin mövsümündə 230 hektar ərazidə yaşıllaşdırma işləri görülüb, hektarlarla yeni meyvə bağları salınıb. Bu işlər “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aparılır.

2016-cı ildən Uzunoba su anbarı ətrafındakı bu terraslarda üzüm tinglərinin əkilməsinə başlanılıb. Bu da muxtar respublikada üzümçülüyün inkişafına böyük töhfədir. Artıq bu terraslarda əkilən meyvə ağacları bar verir. Buradan yığılan meyvələr muxtar respublikamızdakı hərbi hissələrə pay olaraq göndərilir.

Turab Hacızadə

NTV Xəbər

www.naxcivantv.az