Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Türkiyənin İqdır şəhərində keçirilən “15 iyul – şəhidlər gecəsi” beynəlxalq boks turnirində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 4 idmançısı iştirak edib.

Naxcivantv.az  xəbər verir ki, beynəlxalq turnirdə ev sahibi Türkiyə ilə yanaşı, Ukrayna, Özbəkistan, Qazaxıstan və Gürcüstan boksçuları da mübarizə aparıblar. İdmançılarımızdan ən uğurlu nəticəni İbrahim Cəfərzadə və Məhəmməd Məmiyev qazanıb. Onlar bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Digər boksçumuz Rasim Rzayev isə yalnız finalda məğlub olaraq ikinci yerlə kifayətlənib. Turnirdə 2 qızıl və 1 gümüş medal əldə edən boksçularımızın çıxışı yerli idmansevərlər tərəfindən alqışlarla qarşılanıb.

Sonda qalib idmançılara təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.

Qeyd edək ki, boksçumuz İbrahim Cəfərzadə iyulun 26-da Türkiyənin Samsun şəhərində keçiriləcək boks üzrə peşəkarlar arasında Avropa çempionatında mübarizə aparacaq.

www.naxcivantv.az