Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində “Qan verək, can qurtaraq” devizi altında könüllü qanvermə aksiyası keçirilib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.

İyulun 18-də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti əməkdaşlarının iştirakı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində təşkil olunub.

Aksiyada ümumilikdə 32 nəfər iştirak edib və qan bankına 16 litr qan toplanıb.

Hafizə Əliyeva

NTV Xəbər

www.naxcivantv.az