Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Payız və yaz aylarında Şahbuz rayonunda 1591 hektara yaxın taxıl əkilib.

Naxcivantv.az xəbər verir ki, artıq rayonda torpaq mülkiyyətçiləri taxıl biçininə başlayıb. Taxıl biçini əsasən rayonun Türkeş kəndindəki taxıl zəmilərində  aparılır. Biçində Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin rayon bazasının və fiziki şəxslərə məxsus 4 kombayının gücündən istifadə olunur. Artıq 101 hektar sahədə biçin keçirilib. Orta məhsuldarlıq 25.3 sentner təşkil edir. Kənddə payız və yaz aylarında 260 hektarda taxıl əkini keçirilib. Torpaq mülküyyətçiləri bu il məhsulun yaxşı olmasını taxıl sahələrində aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi, məhsuldar toxum sortlarından istifadə olunması və havaların əlverişlı keçməsi ilə əlqələndirirlər.

Qeyd edək ki, torpaq mülküyyətçiləri əkin dövründə əsasən "bezos" buğda sortuna üstünlük veriblər. Bu sort  rayonun iqlim şəraraitinə uyğundur və yaxşı  aqrotexniki qulluq göstərdikdə bol məhsul verir.

Novruz Məmmədov

NTV Xəbər

www.naxcivantv.az