Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Rusiya beynəlxalq sənaye sərgisində yeni qısadalğalı infraqırmızı diapazonlu kamera təqdim edib.

Qurğunun əsas xüsusiyyəti onun müxtəlif şəraitdə işləyə bilməsidir. Kameradan hətta tüstü, toz, duman və qaranlıq olduqda belə istifadə etmək mümkündür.

Naxcivantv.az 3dnews.ru saytına istinadla xəbər verir ki, “hər şeyi görən” kamera bir çox mülkü sahələrdə də istifadə edilə bilər. Potensial tətbiq sahələrinə ərzaq keyfiyyətinin müəyyənləşdirilməsi, günəş batareyaların diaqnostikası, kənd təsərrüfatı sahalərinin monitorinqi, o cümlədən neft-qaz sistemləri və tullantılara nəzarət aiddir. Kamera tibbi cihazlarda, dəniz və çay gəmilərinin naviqasiyası və heyvanlar aləminin müşahidəsi üçün də istifadə edilə bilər.

Layihəni təhlükəsizlik sahəsinə də cəlb etmək mümkündür. Qısadalğalı infraqırmızı diapazonlu kamera qeyri-şəffaf bağlama və çantaların içində nə olduğunu müəyyən etmək bacarığına malikdir.

Qurğu, həmçinin saç rənginin, bığ və saqqalın saxta olduğunu müəyyənləşdirmək kimi qeyri-adi məsələləri həll etməyi bacarır. Bu da xüsusi xidmət orqanlarına cinayətkar və terrorçuları müəyyənləşdirməyə kömək edir.

www.naxcivantv.az