Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Müəllimlər İnstitutunda quruculuq işləri davam edir.

Naxcivantv.az xəbər verir ki, əvvəlki binası müasir tələblərə cavab verməyən institutun imkanları genişləndirilir. Ali təhsil ocağının əvvəlki binasında əsaslı yenidənqurma işləri aparılır, əsas bina ilə bərabər  yeni tədris korpusunun tikintisi davam etdirilir.

Yeni korpusda idman zalı, bufet, kitabxana, elektron oxu zalı, müxtəlif tədris otaqları, kompüter otaqları, auditoriyalar, müxtəlif kafedralar, iclas zalı, əlavə təhsil mərkəzləri fəaliyyət göstərəcək.

İstər əvvəlki, istərsə də yeni tədris korpusu zirzəmi ilə birlikdə 6 mərtəbəlidir. Əvvəlki korpusun bünövrəsi möhkəmləndirilib və əsaslı yenidənqurma işləri davam etdirilir. Hazırda institutun binasında fasad üzlənir, daxildə boya və suvaq işləri aparılır.

Qeyd edək ki, binanın həyəti abadlaşdırılacaq, yaşıllıqlar salınacaq və müasir işıqlandırma sistemi qurulacaq.

Əbülfəz Dünyamalıyev

NTV Xəbər

www.naxcivantv.az