Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Naxcivantv.az saytının məlumatına görə, baş tutan qarşılaşmalar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Bu dəyişikliklər Azərbaycanın mövqeyinə də təsir edir. Gürcüstanda yerli “Samtredia”nı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkəmizin hesabına 0,250 xal qazandırıb.

Bununla da mövsümlük qazancımız 1,875-ə çatıb. Hesabımıza “İnter” hamıdan çox 0,750, “Qarabağ”la “Zirə” hərəyə 0,500, “Qəbələ” 0,125 xal gətirib.

Nəticədə son 5 ilin əmsallarına görə hesablanan reytinqimiz 16,625-ə çatıb. Bu da Kipri arxada qoymaq üçün kifayət edib. Artıq Azərbaycan ada təmsilçisindən 0,200 xal öndə - 21-ci pillədə qərarlaşıb. Ölkəmizlə eyni xala malik olan və yalnız əlavə göstəricilərdə bizdən geridə qalan Belarus da kiprliləri keçib.

Latviya Estoniyanı, Monteneqro Gürcüstanı keçməyə nail olub. Gürcüstan, Ermənistan, Farer adaları, Uels üçün isə avrokubok mövsümü başa çatıb. Beləliklə də mübarizəni erkən bitirənlərin sayı 8-ə çatıb.

www.naxcivantv.az