Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Sədərək rayonunun iqtisadiyyatına xeyli gəlir gətirən sahələrdən biri də kartofçuluqdur. Rayonun məhsuldar torpaq sahələri burada yüksəkkeyfiyyətli kartof istehsalına imkan verir.

2017-ci ili də rayonun kartof əkib-becərənləri üçün uğurlu hesab etmək olar.

Naxcivantv.az xəbər verir ki, bölgənin torpaq mülkiyyətçiləri keyfiyyətli toxum sortları ilə təchiz olunub, 102 hektar sahədə əkin aparılıb, sahələrə vaxtında və aqrotexniki qaydalar əsasında qulluq göstərilib. Nəticədə təsərrüfat sahibləri bol məhsul yetişdirməyə nail olublar. Onlardan Elsevər Əhmədov, Nadir Rəhimov və başqaları becərdikləri kartofun tədarükünə hazırlaşırlar. Hər il olduğu kimi, bu il də torpaq mülkiyyətçiləri bol məhsul əldə edəcəklərinə inanırlar.

Qeyd edək ki, yaradılan şərait, dövlət tərəfindən verilən kredit və əldə olunan məhsuldar toxum sortları torpaq mülkiyyətçilərinin ilbəil qazandıqları uğurların artmasında başlıca amillərdir. Ona görə də torpaqları bərəkətli olan bu bölgədə hər il yüksəkkeyfiyyətli məhsul istehsal edilir. Kartofçuluqda təcrübə qazanan torpaq mülkiyyətçiləri rayon və Naxçıvan şəhər əhalisinin bu məhsula olan tələbatının ödənilməsində mühüm rol oynayırlar. Ona görə də bu sahə ilə məşğul olan sədərəklilər səy və bacarıqlarını əsirgəmir, ildən-ilə uğurlarını artırırlar.

www.naxcivantv.az