Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Avrokubokların cari mövsümünün ən uğurlu ölkələrinin siyahısı bəlli olub. Naxcivantv.az xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra zirvədə Kipr qərarlaşıb.

Ada ölkəsinin klubları 3,250 xala sevinib. İsrail 3,000 xalla ikincidi. Danimarkalılar isə ilk “üçlüy”ü qapayır – 2,625.

Azərbaycan da ən yaxşılar arasında yer alıb. “Top-10”da qərarlaşan ölkəmiz 6-cı yerin şəriklərindəndi. 2,375 xal qazanan Azərbaycan Skandinaviya təmsilçiləri İsveç və Norveçlə eyni göstəriciyə malikdi.

Avrokubok mövsümün “Top-10”u

1. Kipr – 3,250

2. İsrail – 3,000

3. Danimarka – 2,625

4. Xorvatiya – 2,500

5. İngiltərə - 2,428

6-8. Azərbaycan – 2,375

İsveç – 2,375

Norveç – 2,375

9. Polşa – 2,250

10. Litva – 2,125

www.naxcivantv.az