Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan abituriyentlər üçün iyulun 27-də keçirilmiş yeni qəbul imtahanının nəticələrini elan edib.

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

DİM-dən Naxcivantv.az-a bildirilib ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İştirakı gözlənilən 832 abituriyentdən 98-i imtahanda iştirak etməyib. İki abituriyent imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və onlain nəticələri ləğv edilib.

www.naxcivantv.az