Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Dövlət İmtahan Mərkəzi (DİM ) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanının nəticələrini elan edib.

Naxcivantv.az xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər bu qurumun internet saytına daxil olmaqla imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1.725 abituriyentdən 22-si imtahanda iştirak etməyib.

www.naxcivantv.az