Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “İlkin tibbi yardım” mövzusunda elmi-praktik seminar keçirilib.

Naxcivantv.az xəbər verir ki, seminarı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini  Samrat Gəncəyeva giriş sözü ilə açıb.

Xəstəxananın həkim-anestezioloq-reanimatoloqu Fəxriyyə Məmmədova terminal vəziyyət və onun dəyərləndirilməsindən danışıb.  İlkin intensiv reanimasiya tədbirləri - ürək masajı, süni  tənəffüsvermə  və onların necə edilməsi qaydalarını əyani şəkildə tibb işçilərinə göstərib.

Həkim-travmatoloq Adil Məmmədov yaralanmalar zamanı ilkin tibbi yardım və sarğıların  qoyulma qaydaları barədə məlumat verib.

Həkim-anestezioloq-reanimatoloq Habil Vəliyev isə bildirib ki, istənilən güclü qanaxma zamanı orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir. Bu zaman bütün həyati vacib orqanlar da oksigen çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu zaman beyin damarlarının spazmı və huşun itirilməsi də baş verə bilər. Əgər iri arteriya zədələnərsə, xüsusən də söhbət uşaqdan getdikdə, bir neçə dəqiqə ərzində həyatını itirə bilər. Bunun üçün də ilk növbədə qanaxmanı saxlamaq, yaranı infeksiyadan qorumaq lazımdır.

Nazirliyin təcili tibbi yardım şöbəsinin müdiri Süleyman Cəfərov və xəstəxananın baş həkimi Əli Ələsgərov çıxışlarında bildiriblər ki,  bədbəxt hadisələr zamanı zərərçəkənə düzgün ilk tibbi yardımın göstərilməsi köməklik göstərən şəxsin bacarığından, tez və düzgün köməklik göstərməsindən asılıdır. Bunun üçün də tibb işçiləri ilə yanaşı, vətəndaşların da ilk tibbi yardım zamanı hansı tədbirlərin görülməsi  barədə maariflənməsi vacib amillərdəndir.

Seminarda həmçinin iştrakçıları maraqlandıran suallar da cavablandırılıb. 

Röyal Kərimov

NTV Xəbər

www.naxcivantv.az