Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının beşinci nömrəsini nəşr edib.

DİM-dən Naxcivantv.az-a bildirilib ki, jurnalda orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil (11 illik) bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar

www.naxcivantv.az