Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Azərbaycan taekvandoçusu Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb

Tayvanın Taypey şəhərində keçirilən iyirmi doqquzuncu Ümumdünya Yay Universiadasında Azərbaycanın taekvando üzrə milli komandasının üzvü Milad Beigi Hərçəqani qızıl medal qazanıb.

Naxcivantv.az xəbər verir ki, universiadanın taekvando yarışlarında avqustun 23-də kişilərin mübarizəsində Milad Beigi Hərçəqani (80 kq) portuqaliyalı idmançı Jean Miçel Fernandesə 29:1, rusiyalı idmançı Boqdan Greçkinə 25:8, yaponiyalı Hidenori Ebatana 32:15 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda ev sahibi ölkənin idmançısı Liu Vei-Tinglə görüşən idmançımız rəqibini mübarizədən kənarlaşdıraraq finala adlayıb – 12:4.

Həlledici qarşılaşmada bu il dünya çempionatında məğlub etdiyi ispaniyalı Raul Garsia Martinezlə üz-üzə gələn Milad rəqibinə 6:3 hesabı ilə qalib gələrək Universiadanın qalibi olub.

Qeyd edək ki, Azərbaycan yarışda 12 taekvandoçu ilə təmsil olunur. Avqustun 22-də döşək üzərinə çıxan digər idmançımız Ayxan Tağızadə yalnız finaldakı rəqibinə məğlub olaraq Universiadanın gümüş medalını əldə edib.

www.naxcivantv.az