Bəzən Maqomayev və Sinyavskayanın evlərində ehtiraslar elə qızışırdı ki, müğənni soyumaq və sakitləşmək üçün doğma Bakıya yollanırdı.

Müslüm Maqomayevin valları milyon nüsxələrlə buraxılır, stadionlardakı konsertlərinə isə on minlərlə tamaşaçı toplaşırdı.

Gözəl baritonun ifasında “Toy”, “Dünyanın ən gözəl şəhəri”, “Şeytan çarxı”, “Noktyürn”, “Gözəllik kraliçası” kimi hitlər yaddaşlara həkk olunur və əbədiyaşarlıq qazanırdı. 

 

“Sizi ki bütün dünya tanıyır” 

Xalq artisti öz həyatında 600-dən çox estrada şlyageri, opera ariyası və romanslar ifa etmişdir. Fransaya, Polşaya, Almaniyaya, Finlandiyaya qastrollar, onlarca mahnı müsabiqəsində qələbələr... Parisin məşhur “Olimpiya”  teatrında möhtəşəm çıxışdan sonra Maqomayevə təklif edirlər ki, xaricdə qalsın. Ancaq müğənni təklifi rədd edir: mühacirlik onun üçün deyildi. “Azərbaycan – mənim Atamdır, Rusiya – Anam”, – deyərdi Müslüm. Amma onun bütün həyatının Sevgisi və Melodiyası məşhur opera  müğənnisi – gözəllər-gözəli Tamara Sinyavskaya idi.

Onlar 1972-ci ildə Bakıda, filarmoniyada təşkil edilmış Rusiya incəsənəti dekadasında tanış olmuşdular. Böyük Teatrın primadonnası Bakıya fəxri qonaq kimi dəvət edilmişdi. Onları bir-biri ilə qarşılaşdıran Robert Rojdestvenski olmuşdu. “Müslüm”– deyə dünyalarca məşhur müğənni bir qədər utancaq halda baxışlarını gizlədirmiş kimi əlini ona uzatmışdı. “Siz hələ bir özünüzü təqdim də edirsiniz. Sizi ki bütün dünya tanıyır”,- deyə Sinyavskaya gülür.

Tamara o zaman evli olsa da, Müslümə bəslənən hisslər o qədər güclü idi ki, müğənni evliliyinə son verdi. Məşhur “Melodiya” mahnısı da elə o zaman yarandı. Müslüm mahnını yenicə yazmışdı ki, telefonda Tamaraya oxudu. Sinyavskaya xarici təcrübəni başa vurub Moskvaya qayıdandan sonra onlar bir daha ayrılmadılar.

Çar kimi qulluq edirdi

 “Mən Müslüm Maqomayevə möhtəşəm sevgiyə, Tanrının böyük səxavət göstərdiyi bu insanla hədsiz qürur duyduğuma görə ərə getdim, – deyə, Tamara Sinyavskaya səmimi etirafını açıqlayır. – Nə qədər çox vaxt ötürsə, bunu bir o qədər çox hiss edirəm. Müslüm əsl mənada alicənab insan idi. Tanışlığımızın ilk vaxtlarından son günə qədər mənə çar kimi qulluq edirdi, qucaq-qucaq güllər hədiyyə edirdi.

Əslində, uzun müddət biz onunla “siz” deyə münasibət saxlayırdıq. Müslüm böyük ləyaqət hissi olan bir insan idi, təklifsiz rəftarı qəti xoşlamırdı. Kimsə, sadəcə ona  yaxınlaşıb çiyninə şappıldada bilməzdi. Həyasız adamlara elə sərt baxardı ki, o adamın daxili donardı... Çox xeyirxah insan idi, ancaq pərdə saxlamağı sevərdi”.

Həqiqətən belə idi - Maqomayev yarınmağı, yaltaqlanmağı, “lazımlı adamlarla”  dostluq etməyi bacarmırdı və heç vaxt da Sov İKP-nin üzvü olmamışdı. Onun pərəstişkarları arasında mədəniyyət naziri Yekaterina Furtseva və hətta “Bella, çao” mahnısının dəlisi olan Brejnev kimi insanların olmasına baxmayaraq, Maqomayev özünün ilk mənzilini yalnız 41 yaşında almışdı. Buna qədər onlar “Rossiya” mehmanxanasında yer almışdılar.

Təbii ki, iki belə parlaq şəxsiyyətin yaşadığı ailə mübahisəsiz və münaqişəsiz də keçinmirdi. Belə mübahisələrin birində Sinyavskaya başqa otağa keçir. Bir neçə dəqiqə sonra Maqomayev də hündür mərtəbəli binadakı mənzilin eyvanından karnizin üstü ilə qonşu otağın eyvanına keçib həyat yoldaşına səslənir: “Ku-ku!” Müslümü pəncərədə görən Tamara qorxudan az qalır ki, özündən getsin. Münaqişə bir andaca aradan qalxır.

“Soruşacaqsınız: Daş qayaya rast gəldimi?- Tamara Sinyavskaya sualı özü qoyur və cavab verir: Çox qəribə olardı, əgər rast gəlməsəydi! Doğrudur, bizim yaradıcılıq debatlarımız çox olurdu,  ancaq məişət mövzusunda yox. Məsələn, hansısa tanış müğənni haqqında danışırdıq. “Sən təsəvvür edirsənmi, o bu notu düzgün vura bilmədi.” – “Sən də heç nə başa düşmürsən, əksinə, onu vurmamalı idi!” Yəni bu səpkidə bir ton yuxarı danışa bilərdik. Yaradıcılıq bizim həyatımız idi. Müslüm musiqi ilə yoğrulmuşdu. Mən də həmçinin. Onun Bakıya getməsi isə ayrı bir aləm idi... Əlbəttə, onun öz xarakteri vardı. Unutmayın, o şərqli idi! Çox tez özündən çıxırdı və tez də özünə qayıdırdı”.

Onların evində də süfrə şərqsayağı açılırdı. Maqomayev qonaq qəbul etməyi sevir və bacarırdı. Yeri gəlmişkən, musiqi kralı özü yemək hazırlayırdı. Onun firma yeməkləri kotlet və kabab idi. Hətta salatı da firma idi: pomidoru (“öküz ürəyi”ni xüsusi sevirdi) doğramazdı, əli ilə bölərdi.

Müslüm Məhəmmədoviç nə vaxt Vətənində olurdusa dostları bilirdilər: Maqomayev mütləq nərə balığının qonağlığına dəvət edəcək. Bakıda ancaq nərə əsl balıq sayılırdı.

Onu bütün dünyanın mətbəxi maraqlandırardı. İtalyan müğənnisi Robertino Loretti müsahibəsində danışır ki, bir dəfə Müslüm ondan məşhur aşpazın resepti ilə əsl “Boleneze” hazırlamağı öyrətməyi xahiş edir. Loretti də həqiqi “Boleneze” hazırlamağın doqquz sirrini ona açır.

“Günü sabah burada olmazdım”

Tamara Sinyavskayanın etiraflarına görə, illər keçdikcə onlar münasibətlərdə daha müdrik olmağı öyrəniblər: “Sadəcə dəli olmalısan ki, özünü ailədə başçı hesab edəsən! Müslüm kimi bir artistin və şəxsiyyətin yanında özünü necə dünyanın göbəyi saya bilərsən! Qadın həmişə kişini öz məhəbbəti ilə isitməlidir. Bəzi qadınlar isə çox tənbəldirlər. “Dəstəyi özün qaldır! Özün-özünə çay süz!”. Yox, mən heç vaxt belə etməmişəm! Dostlar, ailə cütlükləri bizim evə tez-tez qonaq gəlirdilər. Bir neçə dəfə olub ki, Müslüm qonaq qadının ərinə acıqlı, kobud cavab verdiyini eşidib. Qonaqlar gedəndən sonra o mənə deyərdi: “Əgər mən bir dəfə belə sözlər eşitsəydim, günü sabah bu evdə olmazdım”. Hər şey aydındır, mənə göstəriş verildi! Ona təziyq etmək heç vaxt mümkün deyildi! Onun özü də heç zaman ona qarşı kobudluq etməyimə sövq etməyib, özünü çox alicənab aparıb.

Mən həmişə bilirdim ki, Tanrı mənə kimi göndərib! Mənim fikrimcə, bütün şöhrəti ilə o heç də layiq olduğu qiyməti almamışdır. Təkcə müğənni yox,  Müslüm həm də nadir bir insan idi. Nəzakətli, heç zaman heç kimə ziyan verməyən bir insan. Məncə, Müslüm o nadir insanlardandır ki, öz kitabında heç kimin adına ləkə salmayıb”.

“Hiss etdirmədən, heç bir gurultulu bəyanat vermədən getdi”. Belə yazır öz kitabında bariton. Müslüm Maqomayev səhnəni həqiqətən şöhrətin zirvəsində tərk etdi. Hesab edirdi ki, vaxtında getməyi bacarmaq lazımdır.

“Müslüm Tanrının seçilmişlərindən idi,- deyə Tamara Sinyavskaya bildirir. Bu dünyada yaşadığı son günə qədər özünə maraq cəlb etdi. Amma özü buna cəhd etmədi. Sadəcə, öz istedadı ilə insanı birdəfəlik əsir edirdi”.

O, həyatdan tez  getdi –  65 yaşında. Uzun sürən ürək xəstəliyindən əziyyət çəkən mahnı kralı həyat yoldaşının qucağındaca keçindi. Bütün mahnılarında yaşadı, yandı, canına hayıfı gəlmədən onları ifa etdi... Sonda ürək dözmədi. 

– “Hər gecə onu yuxuda görürəm, - həsrət dolu gözlərində yaş parıldayır Tamara Sinyavskayanın. – Səhər dururam və elə bilirəm ki, indicə məndən kofe süzməyimi xahiş edəcək. Mən, əvvəllki kimi, Azərbaycanda hamı üçün gəlinəm. Müslümlə mənim toyumda Heydər Əliyev necə demişdisə, eləcə də indi  məni belə çağırırlar: “Tamara sən bizim gəlinsən, bütün Azərbaycanın gəlini. Çünki Maqomayev bütün Azərbaycanın oğludur”... Burada, Moskvada Müslümün, moskvalıların ona olan məhəbbətinin nişanəsi - heykəli ucalır. Bakıda isə o Fəxri xiyabanda uyuyur. Mən fürsət tapan kimi ora gedirəm. Fiziki cəhətdən, əlbəttə, bu çətindir. Gördüyünüz kimi, mən artıq cavan qız deyiləm. Ancaq, necə ora getməyə bilərəm?...”

“Arqumentı i faktı” qəzeti,
16 avqust 2017-ci il

 

Tərcümə edəni,
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...