Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan ümumtəhsil məktəblərində yeni dərsliklər paylanılıb

Muxtar Respublikamızda fəaliyyət göstərən ümumtəhsil məktəbləri  2017-2018-ci tədris ilinə hazırlaşır. Artıq dərsliklərin paylanılmasına da başlanılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Seymur Xudanovun naxcivantv.az-a verdiyi məlumata görə, bu gün Naxçıvan şəhərində fəaliyyət göstərən məktəblərdə şagirdlərə pulsuz dərsliklər paylanılıb.

"Rayon və kənd məktəblərinə isə kitablar ötən illərdə oluduğu kimi Naxçıvan şəhərində yox rayon mərkəzlərində paylanılacaq. Yeni tədris ilinə hazırlıqla bağlı məktəblərə 140 min 850 kitab gətirilib".

Nazirlik əməkdaşı həmçinin qeyd edib ki, bu il muxtar respublikada 220-dən çox təhsil müəssisəsi fərdi istilik sistemi ilə qızdırılacaq. Bu sahədə də işlər davam etdirilir.

Biz də şagirdlərə yeni tədris ilində uğurlar və yüksək nailiyyətlər arzu edirik.

 

                                                                                  Vüsal Muradov 

NTV Xəbər  

www.naxcivantv.az