Muxtar respublika əhalisi avqustun 25-dən sentyabrın 15-dək Naxçıvan şəhəri Xətai küçəsindəki Mərkəzi Bazarda keçiriləcək məktəbli yarmarkasına dəvət edilir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən naxcivantv.aza verilən məlumata görə, məktəbli yarmarkası hər gün saat 9:00-dan 14:00-dək əhaliyə xidmət göstərəcək.
Yarmarkada əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə xüsusi geyim və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunur.
|