Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda tikilən məktəbli formaları tələbatı tam ödəyir

Qarşıdan yeni dərs ili gəlir. Belə bir vaxtda valideyinlərin əsas qayğılarından biri də övladlarına məktəbli forması almaqdır. 

Bu barədə narahatçılığa əsas yoxdur. Çünki Naxçıvan şəhərindəki “Zümrüd tekstil” və “Zümrüd tikiş” Məhdud Məsuliyyətli Cəmiyətlərində keyfiyyətli məktəbli formaları tikilir.

Naxcivantv.az xəbər verir ki, burada tikilən məktəbli formaları təlabatı tam ödəyir və qiymət baxımından da əlverişlidir.

“Zümrüd tekstil” Məhdud Məsuliyyətli Cəmiyətində müəllim və məktəblilər üçün kostyum tikilməsi ilə yanaşı hüquq–mühafizə orqanlarınını əməkdaşları və digər idarə müəssisələrin işçiləri üçün də formalar tikilir.  “Zümrüd tikiş” Məhdud Məsuliyyətli Cəmiyətində isə müxtəlif növ köynəklər istehsal olunur. Burada həm də körpə uşaqlar  və bağça yaşlı uşaqlar üçün də köynəklər buraxılır.

 

                                                                         Baloğlan Kərimov

NTV Xəbər

                                                                         

 

www.naxcivantv.az