Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Samsung” korporasiyası yeni “Galaxy Note8” smartfonunu təqdim edib.

Smartfon 1440x2960 piksel təsvir ölçülü və 18,5:9 tərəflər nisbətinə malik 6,3 düymlük displeylə təchiz ediləcək. Qurğunun korpusu şüşə və metaldan hazırlanıb, həmçinin “IP68” standartına uyğun olaraq su və toza qarşı davamlıdır. “Note8”, həmçinin səkkiznüvəli “Exynos 8895” prosessoru və 6 QB-lıq əməli yaddaşla təchiz edilib.

Naxcivantv.az “lenta.ru” saytına istinadən yazır ki, qurğunun əsas özəlliyi ikiqat kameranın mövcud olmasıdır. Hər iki modul 12 meqapiksel təsvir ölçüsünə və optik sabitləşmə sisteminə malikdir. Bundan başqa, aparat 8 meqapiksellik ön sensorla təchiz edilib.

Akkumulyatorun tutumu 3300 milliamper/saat təşkil edir, “USB Type-C” interfeysi vasitəsilə enerjidoldurma imkanı nəzərdə tutulub. Bundan başqa, qurğu “Gear 360” kamerası, “Gear S3” smart saatı, “DeX” birləşdirici stansiya və “Gear VR” eynəyi ilə işi dəstəkləyir.

İstənilən şəxs “Samsung”un rəsmi saytında “Galaxy Note 8” smartfonunu ilkin sifariş edə bilər.

www.naxcivantv.az