Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Tələbə adını qazanan abituriyentlər avqustun 25-dək sənədlərini qəbul olduqları ali təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Naxcivantv.az xəbər verir ki, abituriyentlər qeydiyyatdan keçmək üçün lazımi sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisələrindən öyrənə bilərlər. Müəyyən olunmuş müddətdə abituriyentin qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı “Abituriyent” jurnalının yeddinci nömrəsində qruplar üzrə dərc edilib.

www.naxcivantv.az