Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Taypey şəhərində keçirilən 29-cu Ümumdünya Yay Universiadası davam edir.

Naxcivantv.az xəbər verir ki, avqustun 24-də Universiadanın taekvando yarışlarında kişilər arasında komandamızın üzvlərindən Olimpiya, dünya və Avropa çempionumuz Radik İsayev (87 kq-dan yuxarı) və 2014-cü ildə Taypeydə keçirilmiş gənclər arasında dünya çempionatının gümüş mükafatçısı, beynəlxalq turnirlərin qalibi Səid Quliyev (74 kq) mübarizəyə qoşulur.

Yarışların üçüncü günündə Azərbaycan taekvandoçularının artıq ilk rəqibləri də məlumdur. Universiadada Olimpiya çempionumuz Radik İsayevin rəqibi isə iranlı idmançı Farşad Şandi Qiasdır.

Dayanq üzərinə çıxacaq digər taekvandoçumuz Səid Quliyev (74 kq) isə Çili təmsilçisi Felipe Bastian Qarrido Munoz ilə döyüşəcək.

Xatırladaq ki, Universiadada uğurla çıxış edən Azərbaycan taekvandoçuları komandamızın hesabına bir qızıl və bir gümüş medal əlavə ediblər. Ötən gün keçirilmiş yarışda Azərbaycan yığmasının üzvü Milad Beigi Hərçəqani qızıl medal qazanıb. Avqustun 22-də isə millimizin digər üzvü Ayxan Tağızadə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Universiadada taekvando yarışları avqustun 26-da başa çatacaq.

www.naxcivantv.az