Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç–Azərbaycan oyununun hakimləri açıqlanıb.

Naxcivantv.az AFFA-ya istinadla xəbər verir ki, matçı polşalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Daniel Stefanski olacaq. Ona həmyerliləri Robert Marcin Boniek və David Golis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bartosz Frankovski yerinə yetirəcək.

Matçın hakim-inspektoru Jones Peter (İngiltərə), komissarı isə Nicolae Camelia (Rumıniya) olacaq.

Qeyd edək ki, Norveç-Azərbaycan oyunu sentyabrın 1-də Oslo şəhərində keçiriləcək.

www.naxcivantv.az