Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“WhatsApp”da rəngli mətn statusları olacaq

"WhatsApp” messenceri istifadəçilərini eksklüziv yeniliklə sevindirir.

Naxcivantv.az xəbər verir ki, artıq istifadəçilər rəngli mətn statusları yaza biləcəklər.

“WhatsApp”dakı statuslar qısa bildirişlərdən ibarətdir və bir neçə gün ərzində qala bilir. Sonradan isə proqram tərəfindən silinir. “VKontakte” və “İnstagram” sosial şəbəkələrində bu seçim “histories” adlanır. Xatırladaq ki, rəngli statusları bu messencerin məxsus olduğu “Facebook” sosial şəbəkəsində də dərc etmək mümkündür.
 
“WhatsApp” nümayəndələri bildirirlər ki, statusun yeni imkanları avqustun əvvəlindən sınaq mərhələsindədir və bundan hələlik müəyyən istifadəçilər istifadə edə bilirlər.

www.naxcivantv.az