Publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılır

Prezident İlham Əliyev Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Müəllif Hüquqları Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

Azərbaycan Prezidentinə:

- Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
- icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
- Agentliyin yenidən təşkili və ləğv edilməsi;

Nazirlər Kabinetinə:

- strukturun, işçilərin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi;
- təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
- xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

Agentliyə:

- inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.

Nazirlər Kabinetinə tapşırılır:

- Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- Agentliyin strukturunu və işçilərinin say həddini bir ay müddətində təsdiq etsin;

- əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Agentliyə ödəyəcəyi illik haqqın məbləğini bir ay müddətində təsdiq etsin;

- Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzini yaratsın və bu barədə Azərbaycan Prezidentinə məlumat versin;

- Müəllif Hüquqları Agentliyinin və onun tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansındakı əmlakın yeni yaradılmış publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən, müvafiq olaraq, Agentliyin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansına verilməsini bir ay müddətində təmin etsin;

- nizamnamələri Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin;

- bu fərmanda nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla, dövlət adından yaradılan digər publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün zəruri tədbirlər görüb Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Fərmanla müəyyən edilir ki:

- Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 milyon manat təşkil edir;
- Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır;
- Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir;
- bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun təsdiqini, işçilərinin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsini, yenidən təşkil və ləğv edilməsini Nazirlər Kabineti, təsisçinin “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsində qeyd edilən digər səlahiyyətlərini isə Agentlik həyata keçirir;
- Agentlik dövlət qeydiyyatına alındığı gündən Müəllif Hüquqları Agentliyinin normativ hüquqi aktlarına münasibətdə “Normativ hüquqi aktlar haqqında” qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti Agentliyin təklifləri əsasında Nazirlər Kabineti həyata keçirir.

Agentliyə tapşırılır:

- dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etsin;
- dövlət qeydiyyatına alındığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat versin.

Maliyyə Nazirliyi bu fərmanda göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin edəcək, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

21-09-2020-18-02 Xəbərlər

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki, Zəroş Həmzəyeva və İstiqlal küç...

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

21-09-2020-17-20 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıva...

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

21-09-2020-17-14 Xəbərlər

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası xalq artisti, professor Mənsum İb...

Gənc ədliyyə qulluqçuları and içdilər

21-09-2020-14-59 Xəbərlər

Gənc ədliyyə qulluqçuları and içdilər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə v...

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

21-09-2020-14-00 Xəbərlər

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Y...

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

21-09-2020-12-37 Xəbərlər

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan...

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

21-09-2020-11-31 Xəbərlər

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

Muxtar respublikada illərdir ki, həyata keçirilən quruculuq tədbirlərinə şahidik...

Sabahdan Azərbaycanda payız fəsli başlayır

21-09-2020-10-43 Xəbərlər

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycana payız fəsli daxil olacaq. 

Naxçıvanda sabaha olan hava proqnozu

20-09-2020-17-14 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqla...

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

20-09-2020-15-47 Xəbərlər

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

Bu gün muxtar respublikamızı bütünlüklə əhatə edən, intensiv şəkildə həyata keçi...

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

20-09-2020-15-16 Xəbərlər

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirv...

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

20-09-2020-10-15 Xəbərlər

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənədd...

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

19-09-2020-17-42 Xəbərlər

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunun ümumtəhsil məkt...

Naxçıvanda sabaha olan hava proqnozu

19-09-2020-16-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqla...

Ötən günün mənzərəsi - VİDEO

19-09-2020-14-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

19-09-2020-12-26 Xəbərlər

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının ...

NDU-da Milli Musiqi Günü qeyd olunub

19-09-2020-11-27 Xəbərlər

NDU-da Milli Musiqi Günü qeyd olunub

Naxçıvan Dövlət Universiteti Konservatoriyasında Milli Musiqi Gününə həsr olunmu...

Gəzməyə Vətən yaxşı…

19-09-2020-09-21 Xəbərlər

Gəzməyə Vətən yaxşı…

Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən birini təşkil e...

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

18-09-2020-17-59 Xəbərlər

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

Naxçıvan Muxtar Respublikasının tarixinə 1990-cı ildən başlayaraq informasiya bl...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

18-09-2020-17-05 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəy...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

18-09-2020-16-44 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini q...

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

18-09-2020-16-41 Xəbərlər

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

“Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və ba...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-38 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-26 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

18-09-2020-15-19 Xəbərlər

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühü...

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

18-09-2020-13-50 Xəbərlər

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

18-09-2020-13-11 Xəbərlər

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

18-09-2020-12-45 Xəbərlər

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

Ötən günün mənzərəsi - VİDEO

18-09-2020-11-13 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

18-09-2020-09-57 Xəbərlər

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

Bu yaxınlarda ailəsi ilə birlikdə Naxçıvanda olan paytaxt sakini Elsun Əliyev mu...