Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

 “Qarabağ”-“Roma” matçının biletləri satışa çıxarılır

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ"-"Roma" (İtaliya) oyununun biletləri sentyabrın 8-dən satışa çıxarılacaq.

“Qarabağ” klubundan Naxcivantv.az-a bildirilib ki, biletlərin qiyməti 2-50 manat arasında dəyişir.

Azarkeşlər biletləri “ASAN” Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik” Mall, “Park Bulvar” alış-veriş mərkəzləri, 69x və iTicket köşklərindən əldə edə bilərlər.

www.naxcivantv.az