Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

2017-2018-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Beynəlxalq Hava Limanında iclas keçirilib.

Naxcivantv.az xəbər verir ki, iclasda hava limanının direktoru Mənşur Gülməmmədli çıxış edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun  26 -da 2017-2018-ci il payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədər keçirilən müşavirədə Naxçıvan Beynəlxalq Hava Limanına bütün maşın-mexanizmlərin, elektrik və işıqlandırma sisteminin, rabitə qurğularının texniki baxışının vaxtında yekunlaşdırılması, tələbata uyğun yanacaq və mal-material ehtiyatının yaradılması tapşırılıb.

Direktor bildirib ki, muxtar respublikada  havaların qarlı-şaxtalı  keçməsi ilə əlaqədər  olaraq hava limanının  qazanxana kompleksində hazırlıq işləri, kanalizasiya  su xətlərinin  yoxlanması, aerovağzal kompleksi, inzibati və yardımçı binalarda istilik sistemlərinin saz vəziyyətə gətirilməsi  üzrə tədbirlər həyata keçirilir. Mövsümə hazırlıqla əlaqədər olaraq bütün texniki və mexaniki vasitələr, o cümlədən nəqliyyat vasitələri  suni örtüklərin yoxlanmasına artıq start verilib. Hava gəmilərinin buzlaşmaya qarşı emalı prosesinin aparılması  üçün  xüsusi mayelərin, nəqliyyat vasitələrinin ehtiyat hissələrinin sifarişləri verilib. Bakı şəhərindən müəssisəyə  təyyarə yanacağı daşınması davam edir. Oktyabr ayı ərzində isə dizel və benzin  yanacağı daşınmasına  başlanacaqdır.

İclasda hava limanının direktor müavini Hikmət Əhmədov və limanın  xidmət rəislərinin görülən işlər haqqında ətraflı məlumat veriblər.

                                                                   Novruz Məmmədov

NTV Xəbər

www.naxcivantv.az