Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və “World Polo” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən arena polo üzrə dünya kuboku yarışının ikinci gününə start verilib.

Naxcivantv.az xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib. Əvvəlcə günün ilk matçında Monakonun “Monte-Carlo Polo Team” klubu ilə ABŞ-ın “Grand Champions Polo Club” komandası arasında oyunda Monako təmsilçisi 4:3,5 xal hesabı ilə qalib gəlib.

Bu oyundan sonra Azərbaycanın “Elite Horse & Polo Club” komandasının çaparları ilə İsveçrənin “Evviva Polo Club” klubunun poloçuları arasında görüş olub. Matçda Azərbaycan təmsilçisi 7,5:4 xal hesabı ilə rəqibini məğlub edib.

Beləliklə, Azərbaycanın “Elite Horse & Polo Club” komandası sentyabrın 10-da keçiriləcək final qarşılaşmasında oynamaq hüququ qazanıb. Həmin gün, eləcə də üçüncü yer uğrunda yarış keçiriləcək.

Xatırladaq ki, yarışların ilk günündə Azərbaycanın “Elite Horse and Polo Club” komandasının ABŞ-ın “Grand Champions Polo Club” kollektivi ilə oyunu poloçularımızın 11:5 hesablı qələbəsi ilə yekunlaşıb.

www.naxcivantv.az