Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ”ın matçının hakimləri açıqlanıb. Naxcivantv.az xəbər verir ki, oyunu yunanıstanlı hakimlər briqadası idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Anastasios Sidiropoulos olacaq. Ona yan xətdə Polixronis Kostaras, Lazaros Dimitriadis yardımçı olacaqlar.

Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos isə əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcəklər.

Görüşün dördüncü hakim Damianos Efthimiadis olacaq.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

www.naxcivantv.az