Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Çelsi”–“Qarabağ” matçını yunanıstanlı hakimlər briqadası idarə edəcək

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi”–“Qarabağ” matçının hakimləri müəyyənləşib.

Naxcivantv.az xəbər verir ki, qarşılaşmanı Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Anastasios Sidiropoulos olacaq. Ona həmyerliləri Polixronis Kostaras və Lazaros Dimitriadis kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Damianos Efthimiadis yerinə yetirəcək.

Qeyd edək ki, “Çelsi”–“Qarabağ” oyunu sentyabrın 12-də Bakı vaxtı ilə 22:45-də start götürəcək.

www.naxcivantv.az