Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Sentyabrın 12-də "Apple" yeni smartfon modellərinin təqdimatını planlaşdırır. "iPhone 8" və "iPhone 8 Plus" modelləri ilə yanaşı, yeni qurğulardan birinin "iPhone X" adlanacağı məlum olub.

Naxcivantv.az "Life" resursuna istinadən xəbər verir ki, "iPhone X" modelinin buraxılışı ilk "Apple" smartfonlarının satışa çıxarılmasının onilliyinə həsr edilib. Qurğu yeni dizaynlı və kameraları təkmilləşdirilmiş smartfon versiyası kimi işıq üzü görəcək. Lakin onun fərqləndirici cəhətinin "iPhone"u blokdan çıxaran istifadəçinin sifətini tanıya bilən quraşdırılmış skaner olacağı qeyd olunur.

www.naxcivantv.az