Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Akrobatlarımız “Zolotov Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər

Rusiyanın Velikiy Novqorod şəhərində akrobatika gimnastikası üzrə “Zolotov Cup” adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Naxcivantv.az-a verilən xəbər görə, ölkəmizi təmsil etmək üçün Rusiyaya yollanan yığma komandamızın üzvləri uğurla çıxış edərək 3 medal qazanıblar. Belə ki, 11-16 yaş qrupunda yer alan kişi cütlüyümüz Murad Rəfiyev-Daniel Abbasovun icra etdikləri kompozisiyaların hakimlər tərəfindən ən yüksək xalla qiymətləndirilməsi (83.400) gimnastlarımızı fəxri kürsünün ilk pilləsinə yüksəldib.

13-19 yaş qrupunda çıxış edən Ruhidil Qurbanlı-Abdulla Əl Məşayxidən ibarət qarışıq cütlüyümüz isə 85.450 xalla yalnız Almaniya komandasından geri qalaraq gümüş medal qazanıblar. Eyni yaş qrupunda olan digər cütlüyümüz Nurcan Cabbarlı-Ağasif Rəhimov isə 4-cü yerdə qərarlaşıblar.

Sonuncu medal sevincini qadın qrupumuz yaşadıb. 12-19 yaş kateqoriyasında çıxış edən təmsilçilərimiz Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlinin çıxışları da gümüş medalla qiymətləndirilib.

www.naxcivantv.az