Sahil Tahirli yazır

Naxçıvan televiziyasının videoarxivində diqqətimi 25 il əvvəl şəhərin Təbriz küçəsində lentə alınmış kadrlar cəlb edir. Ətrafdakı hər kəs ürək ağrısı və hiddətlə deyilən sözlərə diqqət kəsilib:

“Cinayət edirsiz, vallah, cinayət edirsiz! Tarix sizi bağışlamayacaq. Bax, o abidəni tikənlərə (əli ilə Zaviyyə-mədrəsə binasını göstərir) min il sonra da rəhmət oxuyacaqlar. Siz isə qırıb-dağıdır, məhv edirsiniz”.

Bu, ulu öndər Heydər Əliyevin Təbriz otelinin qarşısındakı ağacları kəsib doğrayanlara qarşı ciddi etirazı, böyük mənəvi qınağı idi. O zaman Heydər Əliyev Moskvadan Naxçıvana yenicə gəlmişdi. Sadə həyat sürür və hələ heç bir siyasi vəzifə daşımırdı...

Gəmi batmağa başlayanda onu birinci siçanlar tərk edir...Əsl kapitanlar isə gəmini buraxmır, onu bütün təlatümlərdən xilas edib sahilə çıxarırlar

Bu, həmin Naxçıvan idi. Ötən əsrin 90-cı illərində batan gəmini xatırladan Naxçıvan. Ağır blokada, işğal təhlükəsi, çörək və enerji imtahanları sanki hər şeyi donduraraq iflic etmişdi. Hər şeyə rağmən ürəklər azadlıq, müstəqillik eşqi ilə alovlanırdı.

Həmin vaxt hamı bir daha dahi rəhbər Heydər Əliyevin ətrafında sıx birləşərək işğal və məhvdən xilas olan Naxçıvan əhalisinin cəsarətinin, qətiyyətinin, yurd və vətən sevgisinin, üçrəngli bayrağı yenidən dalğalandırmaq əzminin şahidinə çevrildi, bunu əyani şəkildə gördü. Görmək demişkən, o zaman Naxçıvan gəmisini “buranın gələcəyi yoxdur”, - deyib tərk edənləri də az görmədik. Həmin adamların bir qismi sonradan Naxçıvanda aparılan uğurlu islahatlara ağız büzən, “pultu” başqalarının əlində olan sayt və qəzet redaktorları, sifarişli müxbirlər qiyafəsində zühur etdilər. Elə indi olduğu kimi, o vaxt da bu diyar barədə böhtan yazan, antitəbliğat aparanlar tez-tez gözə dəyirdilər. Onların dəyirmanına su tökən “Qara qutular” isə ara-bərədə var-gər edirdilər...

Amma ulu öndər Heydər Əliyev istiqməti düz müəyyənləşdirmiş, gediləcək yolu böyük ustalıq və dəqiqliklə seçmişdi. Bu yol yeganə və alternativi olmayan ən düzgün yol idi. Ona görə də bu yol Naxçıvanı da, Azərbaycanı da xoş günlərə gətirib çıxaracaqdı. Milli liderin vətənimizin gələcəyi və inkişafı naminə ən müdrik qərarlarından biri də, heç şübhəsiz, Naxçıvanın gələcəyini, inkişaf və çiçəklənməsini özünün dövlətçilik məktəbində yetişərək formalaşan hörmətli Vasif Talıbovda görməsi oldu.

Bəzən elə danışacaqsan ki, hamı susacaq...Bəzən elə susacaqsan ki, heç kim danışmağa cəsarət etməyəcək

Bu, həmişə belə olub. Kimi danışıb, kimi qulaq asıb, kimi isə “Allahdan buyruq, ağzıma quyruq”,- deyib. Amma həmişə bu mübarizədə real, konkret iş görənlər, özünü xalqı və vətəninə fəda edənlər qazanıb. Obrazlı desək, axşamdan oduna gedənlər hər zaman  çox olub. Amma sübh tezdən çox az adam meşəyə yollanıb.

Budur, ötən 20-25 ildə Naxçıvanda keçilən yol hamımızın həyatını işıqlandırır. Müasirləşən kənd və şəhərlər, enerji və ərzaq təhlükəsizliyi, yeni yollar, məktəblər, elm mərkəzləri, səhiyyə və sağlamlıq şəbəkələri, informasiya-kommunikasiya texnologiyaları, bilikli və vətənpərvər gənclik bizim sərvətimizə çevrildi. Yüzlərlə tarixi abidəyə ikinci həyat verildi, milli-mədəni dəyərlərimiz özümüzə qaytarıldı. Qısası, Naxçıvanda bir gün, bir saat belə boşa verilmədi. Narahat gecələr, əzab-əziyyətli gündüzlər bu qədim diyarı dünyanın bəzəyinə çevirdi.

Uzağa getmirəm, gəlin, son iki həftədə Naxçıvanda Ali Məclis Sədrinin iştirakı ilə baş verənlərə qısa nəzər salaq:

1. Ali Məclisin Sədri “Oxunması zəruri olan kitablar” haqqında Sərəncam imzaladı;

2. Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin yeni binası istifadəyə verildi;

3. Payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirildi;

4. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat və Axtarış İdarəsi üçün yeni kompleksin açılışı oldu;

5. 2 meqavatlıq Günəş Elektrik Stansiyası fəaliyyətə başladı;

6. “İstedad XXI əsr” hazırlıq kursları üçün yeni tədris binası açıldı;

7. Naxçıvan Avtoservis yenidənqurmadan sonra fəaliyyətə başladı;

8. Ali Məclisin Sədri Naxçıvanda Duz muzeyinin yaradılması barədə Sərəncam imzaladı.

Fikrimcə, əlavə və geniş şərhə ehtiyac yoxdu. Amma bir-iki məqama toxunmadan keçmək olmaz.

Birinci məqam:

“Oxunması zəruri olan kitablar” haqqında sərəncam nəinki ölkə, hətta dünya miqyasında böyük təqdir və maraqla qarşılandı. Yekdil fikir bu idi: Bu Sərəncam Ali Məclis Sədrinin kitaba yenidən qayıdışla bağlı çağırışıdır.

Sərəncamın məğzi budur ki, gənclərin vətənpərvər, milli ruhlu, geniş dünyagörüşlü yetişdirilməsində mühüm vasitə olan 30 kitabın oxunması onlara tövsiyyə olunub və aid orqanlara bununla bağlı tapşırıqlar verilib. Üstəlik, tövsiyyə olunan əsərlər Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli nümunələridir.

Bəli, öyrənməkdən, oxumaqdan gözəl nə ola bilər ki?! Bu, əslində  Peyğəmbərimizin “Beşikdən qəbr evinə kimi oxuyun” kəlamı ilə səsləşən mütərəqqi bir addımdır. Amma baxın, yuxarıda barələrində qısa bəhs etdiyim antinaxçıvan şəbəkəsi bu cür əhəmiyyətli bir addıma özünün “sarı” qəzet və saytlarında don geyindirməyə çalışdı. Təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünənlər kimi,Sərəncamın məğzin, mahiyyətin anlamadan ağızlarına nə gəldi yazıb-pozdular. Hətta, bunu oxuculara təzyiq kimi qələmə verənlər də oldu(!). Əslində belələrinə obyektivlik, qərəzsizlik, jurnalist etikası və düşüncəsi aşılamağın yetkinlik yaşına çatan erkək pişiyə ədəb-ərkan öyrətməkdən daha çətin olduğunu bilirəm. Ona görə də nəsə yazıb cavab vermədim, hadisələrin gedişatını gözlədim. Çünki Balzak da vaxtilə yazırdı ki, “İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır”. Yəni hər kəsin əqidəsi, əslində onun layiqli əməli, işi ilə uzlaşmalıdı. Lakin bunlar öz əqidəsizliklərini bütün aləmə elə car çəkdilər ki, nəticədə ictimaiyyət də layiq olduqları “qiyməti” verdi, paylarını alıb oturdular.Ölkə mediasında isə kəsərli söz sahibi olan həmkarlarımız susmadılar:

Murad Köhnəqala:

“Əla! Çox sevindim. Muxtar Respublikanın rəhbəri yaxşı bilir ki, bizi işıqlı yerlərə zorla itələmək lazımdı. Yoxsa özbaşına buraxsan saqqal buraxıb şalvar gödəltməkdən, qadınları qara çadraya bürüməkdən, min ilin ölüsü üçün baş yarmaqdan, yaxud çayxanalarda domino oynamaqdan başqa bir şey eləməyəcəyik. Ancaq hörmətli Vasif müəllimin təklif elədiyi kitablardan oxuyan əhali mütaliəyə alışaraq başqa kitablar da axtaracaqlarına əminəm.

Eşq olsun ona!..”

Aqşin Evrən:

“Əvvəlcə onu deyim ki, Vasif  Talıbovun bu gözəl adımını xüsusi təqdir və sevinclə qarşılayıram. Onun bu addımı daim mahiyyətsiz açıqlamaları, addımları ilə gündəmə gələn bəzi millət vəkillərinə, siyasilərə dərs olsun. Ümumiyyətlə, universitetlərdə də bu məcburiyyət tətbiq olunmalıdır. Çünki mütaliəli cəmiyyət cinayətdən, vəhşilikdən uzaq olur və ailəsinə, ölkəsinə, dünyaya faydalı fərd kimi yetişir.

Siyahı məsələsinə gəldikdə isə burada çox möhtəşəm əsərlər var. Xüsusən, Azərbaycan və dünya ədəbiyyatının şedevrlərini siyahıda görmək məndə bu əsərləri yenidən oxumağa həvəs yaratdı. Son illər ədəbiyyat adına atılmış ən gözəl addımlardan biridir. Əslində, bu cür qərarların verilməsi təbiidir, ancaq nadir hallarda gördüyümüz üçün bizdə "mifik olay" təsiri yaradır. Naxçıvandakı gəncliyi təbrik edərək, VasifTalıbova təşəkkür edirəm”.

Hansıki elə təxminən bu fikrləri yüz il əvvəl Mirzə Cəlil də deyirdi: “Biz ağıllı söz eşitməyib it boğuşdurmağa, xoruz döyüşdürməyə, fal açdırmağa, min cür mənasız iş dalınca gedirik”.

Dörd saatdan bir...

İkinci məqam:

-Ana, işıqlar bir də nə vaxt yanacaq?!

-Sən yat, işıq yananda gec olacaq. Dörd saatdan sonra yanar bir də...Üstünə də iki yorğan ört. Gecə soyuq olar, xəstələnərsən...

Bu, ötən əsrin 90-cı illərində biz gənclərin (o vaxtın uşaqlarının) ata-anamızla tez-tez olan dialoqlarından biri idi. O vaxt Naxçıvanda enerji böhranı var idi və işıqlarımızın 4-6 saatdan bir yanması bizi təəcübləndirmirdi. Belə desək, adiləşmişdi. Bu gün isə bizi işıqlarımızın bir dəqiqə sönməyi təəcübləndirir. Çünki, Naxçıvanda son illərdə 10-a yaxın elektrik stansiyası işə düşüb. Ötən həftə isə az əvvəl dediyimiz kimi, 2 meqavatlıq daha bir Günəş Elektrik Stansiyası fəaliyyətə başladı. Hazırda isə ölkə Prezidenti cənab İlham Əliyevin təməlini atdığı Ordubad Su Elektrik Stansiyasının tikintisi aparılır. Naxçıvan bu gün alternativ və bərpa olunan enerji vasitələrindən - su, günəş enerjisindən istifadəyə görə dünyada ön mövqeyə yüksəlib. Hazırda muxtar respublikada istehsal edilən enerjinin 60 faizdən çoxu alternativ və bərpa edilən enerji vasitələrinin payına düşür ki, bu, dünyada nadir hadisələrdəndir. Tanrının bu müqəddəs torpağa verdiyi sərvət insanların rahat yaşayışına, doğma diyarın inkişafına sərf olunur.

Tarixi yaşadanlar, tarixdə yaşayırlar

Üçüncü məqam:

Tarix çox hökümdarlar, liderlər yola salıb. Amma onların heç də hər biri günümüzdə yaşamır və sevilmir. Yalnız tikənlər, quranlar, xalqı, vətəni üçün yaradanlar əbədiyaşarlıq qazanırlar. Bu mənada ötən bu illər Naxçıvanın həm də yeni dövrdəki quruculuq tarixinə çevrildi. Qədim abidələrə ikinci həyat verilməklə bərabər, müasir dövrün də yüzlərlə, minlərlə abidəsi tikilib quruldu. Tariximizi və mədəniyyətimizi yaşadıb təbliğ edən onlarla muzey yaradıldı. Ali Məclis Sədrinin dünən imzaladığı sərəncamla yaradılan Duz Muzeyi xüsusilə təqdirəlayiq və milli düşüncənin məhsulu olan bir addımdır. Çünki, Naxçıvanın tarixi həm də Duzdağdan başlayır. Duzdağda ulu əcdadlarımızın ruhu, səsi və nəfəsi duyulur. Naxçıvan şəhər mədəniyyətinin təşəkkülü və inkişafı Duzdağla bağlıdır. Naxçıvan duzu həm tarixdi, həm mədəniyyətdi, həm sənayedi, həm sağlamlıqdı, həm brenddi, həm də təbii vizit kartıdı - Naxçıvanın simvoludu. Kifayət qədər aydın, izahlı və tutarlı faktlara söykənən Sərəncamda deyildiyi kimi: “Bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulmuşdur. Bu isə 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir”.

“Ömrün duzdağına dönsün”

Zaman heç vaxt lövbər salmayan gəmidir. O daim irəli gedir. Bu gəminin əbədi yolçuları isə dünənin qədrini bilən, bugünü itirməyən, sabahı düşünən və yaradanlardır.

Təbii ki, bu yazı çərçivəsində müəyyən məqamlarına toxunduğumuz işlər öz-özünə baş verməyib. Zamanla, zərrə-zərrə qurulub, yaradılıb və daim yaratmaq amalına söykənib.

Bəli, vətənpərvərlik, torpağa, vətənə bağlılıq söz pəhləvanlığı, söz güləşdirməklə yox, konkret iş və əməllə ölçülür. Və bir də unutmayaq ki, ədalət həmişə zəfər çalır. Baxmayaraq ki, Mirabonun təbirincə desək, ədalət topaldır, ona görə də yavaş-yavaş yeriyir. Amma gedəcəyi yerə gec-tez çatır.

Bir də ki, Naxçıvanda savab və xeyirxah iş görənlərə dua edəndə deyirlər: “Ömrün Duz dağına dönsün”. Naxçıvanı, onun tarixini, mədəniyyətini tanıtmaq və təbliğ etmək elə Duzdağ ömrü yaşamaq və qazanmaqdır...

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan təmsilçisi yaradıcılıq müsabiqəsində uğurla çıxış edib

12-12-2019-17-41 Xəbərlər

Naxçıvan təmsilçisi yaradıcılıq müsabiqəsində uğurla çıxış edib

NUHÇIXAN xəbər verir ki, sağlamlıq imkanları məhdud şəxslərin VIII Ümumrespublik...

Ali Məclisin Sədri Sərəncam imzaladı

12-12-2019-15-56 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 12-də “...

Dahi siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider

12-12-2019-15-01 Xəbərlər

Dahi siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider

Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasi...

Heydər Əliyev və Naxçıvan

12-12-2019-14-00 Xəbərlər

Heydər Əliyev və Naxçıvan

Xalqların böyüklüyü onların ərazilərinin böyüklüyü-kiçikliyi, yaxud əhali sayı i...

Fövqəladə Hallar Nazirliyində Ulu öndərə həsr edilən tədbir olub

12-12-2019-12-32 Xəbərlər

Fövqəladə Hallar Nazirliyində Ulu öndərə həsr edilən tədbir olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

12-12-2019-12-11 Xəbərlər

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

O yaşayır, yaşayacaq…

12-12-2019-09-00 Xəbərlər

O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər.

Culfa rayonunda təsərrüfat sahibləri ilə görüş

11-12-2019-18-21 Xəbərlər

Culfa rayonunda təsərrüfat sahibləri ilə görüş

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Culfa ray...

Hərbi hissələr qışa hazırdır - VİDEO

11-12-2019-18-00 Xəbərlər

Hərbi hissələr qışa hazırdır - VİDEO

Hərbi hissələrdə qışa hazırlıq prosesləri yekunlaşdırılıb, mövsüm üçün tələb olu...

Naxçıvan Bölməsində “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

11-12-2019-16-56 Xəbərlər

Naxçıvan Bölməsində “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edi...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

11-12-2019-16-25 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu təmin edilir

11-12-2019-14-17 Xəbərlər

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu təmin edilir

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi...

Təsviri sənətdə dahi Heydər Əliyev obrazı

11-12-2019-12-51 Xəbərlər

Təsviri sənətdə dahi Heydər Əliyev obrazı

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bədii obrazı müasir təsviri sənətimizin ç...

Ötən günün mənzərəsi - VİDEO

11-12-2019-12-15 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib

11-12-2019-11-32 Xəbərlər

Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi ...

“Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı işıq üzü görüb

11-12-2019-10-58 Xəbərlər

“Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı işıq üzü görüb

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı...

Naxçıvan Tibb Kollecinin tələbələri yol hərəkəti qaydaları barədə ətraflı məlumatlandırılıblar

11-12-2019-09-37 Xəbərlər

Naxçıvan Tibb Kollecinin tələbələri yol hərəkəti qaydaları barədə ətraflı məlumatlandırılıblar

Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ali təhsil...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

10-12-2019-20-40 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

NUHÇIXAN xəbər verir ki, dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

10-12-2019-19-50 Xəbərlər

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanı...

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

10-12-2019-19-20 Rəsmi

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbi...

Ali Məclisin Sədri Sərəncam imzaladı

10-12-2019-17-14 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da O...

Amerikalı ailə: "Naxçıvana gəlmək bizim çoxdankı istəyimiz idi” - VİDEO

10-12-2019-15-36 Xəbərlər

Amerikalı ailə: "Naxçıvana gəlmək bizim çoxdankı istəyimiz idi” - VİDEO

İstər Əlincəqala olsun, istər Duzdağ, istərsə də bir çox tarixi abidələr Naxçıva...

Naxçıvanda sabaha olan hava proqnozu

10-12-2019-12-53 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

10-12-2019-11-49 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Heydər Əliyev muzeyində növbəti açıq dərs

10-12-2019-11-27 Xəbərlər

Heydər Əliyev muzeyində növbəti açıq dərs

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Muzeyində “Əbədi yaşar lider” mövzusunda ...

Xüsusi mühafizə olunan təbiət əraziləri diqqətdə saxlanılır

10-12-2019-11-06 Xəbərlər

Xüsusi mühafizə olunan təbiət əraziləri diqqətdə saxlanılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Nakhchivan news - VİDEO

10-12-2019-10-24 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Ordubadda qanunsuz ov edən şəxslər saxlanılıb

10-12-2019-09-42 Xəbərlər

Ordubadda qanunsuz ov edən şəxslər saxlanılıb

NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasınd...

Sənaye məhəllələrinin yaradılması yeni layihələrə yol açır

09-12-2019-19-54 Rəsmi

Sənaye məhəllələrinin yaradılması yeni layihələrə yol açır

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fər...

Kənddə yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

09-12-2019-19-51 Rəsmi

Kənddə yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

NUHÇIXAN xəbər verir ki, həmin gün Xələc kəndində yeni xidmət mərkəzi istifadəyə...