Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Sentyabrın 13-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin birinci turuna yekun vurulub.

Naxcivantv.az xəbər verir ki, turun ikinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar qarşılaşıblar.

“E” qrupunda İngiltərə təmsilçisi "Liverpul" doğma meydanda İspaniyanın "Sevilya" (2:2), Sloveniyanın "Maribor" klubu isə evdə "Spartak" ilə (Rusiya) heç-heçə edib (1:1).

“F” qrupunda isə “Mançester Siti” (İngiltərə) "Feyenoord"u (Hollandiya) (4:0), "Şaxtyor" (Ukrayna) isə "Napoli"ni (İtaliya) məğlub edib (2:1).

İstanbulun "Beşiktaş" klubunun yer aldığı “G” qrupunda isə Türkiyə təmsilçisi səfərdə Portuqaliyanın "Portu"nu məğlub edib - 3:1. "Monako" (Fransa) isə "Leyptsiq" komandası ilə qarşılaşdığı Almaniya səfərində bir xal əldə edib (1:1).

“H” qrupunda isə "Tottenhem" (İngiltərə) klubu "Borussiya"ya (Dortmund, Almaniya) (3:1), İspaniyanın Real Madrid komandası isə APOEL-ə (Kipr) qalib gəlib (3:0).

www.naxcivantv.az