Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Limada keçirilən 131-ci sessiyasında 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarının ev sahibləri məlum olub.

Naxcivantv.az-ın məlumatına görə, sessiyada Paris və Los-Anceles şəhərləri müvafiq olaraq 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarının təşkilatçıları kimi təsdiqlənib.

Qeyd edək ki, hər iki şəhər Olimpiya Oyunlarını artıq üçüncü dəfə keçirəcək. Paris Olimpiya Oyunlarına 1900 və 1924-cü illərdə, Los-Anceles isə 1932 və 1984-cü illərdə ev sahibliyi edib.

www.naxcivantv.az