Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında da qeyd olunur ki, Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir.

Naxcivantv.az xəbər verir ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Bu ayın onuncu, yəni, Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub.

Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

Qeyd edək ki, muxtar respublikada Aşura günü gerçəkləşən qanvermə aksiyaları  xalqımız tərəfindən xüsusi təqdir edilir. Bu dəfə də Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə  qan verilməsi aksiyalarının təşkil olunması nəzərdə tutulub. Çünki İslamda bədənə xətər yetirmə haram buyrulub. Baş yarma, zəncir vurma kimi  əməllər də  müsbət qarşılanmır.

 

Rəmzi İbrahimov

NTV Xəbər

www.naxcivantv.az