Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində “Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrindən istifadə və alternativ enerji mənbələrinin gələcəyi” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Naxcivantv.az xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi məsələlərinin həll olunmasında növbəti mərhələ kimi bərpa olunan alternativ enerji mənbələrindən istifadəyə geniş yer verildiyini qeyd edib. Rektor “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, seminarın işinə uğurlar arzulayıb.

Universitetin elmi işləri üzrə prorektoru, dosent Mübariz Nuriyevin “Alternativ enerji mənbələrinin perspektivləri” adlı məruzəsində  qeyd olunub ki, muxtar respublikanın ekoloji təbii imkanları alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Həmçinin vurğulanıb ki, muxtar respublikanın enerji ehtiyaclarının tamamilə yerli imkanlar hesabına ödənilməsini nəzərdə tutan layihələrin tətbiqi gələcəkdə böyük perspektivlər vəd edir.

Sonda mövzuya aid film nümayiş olunub.

 

www.naxcivantv.az