Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

2016-2017-ci tədris ilində ali təhsil ocaqlarına qəbulda muxtar respublika üzrə Qıvraq qəsəbə tam orta məktəbi birinci yerə çıxıb.

Naxcivantv.az xəbər verir ki, 2016-2017-ci tədris ilində məktəbi 42 məzun bitirib. Onlardan 1-i  “Qızıl” medal, 3-ü fərqlənmə  attestatı alıb. Ali məktəblərə 27 məzun sənəd verib, onlardan 21-i  tələbə adını qazanıb. Bu tələbələrdən 7-si  500-700 intervalında, o cümlədən “Qızıl” medala layiq görülən Fərzin Camalov 670 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasına daxil olub. Məktəbi bitirənlərdən 1 məzun isə texnikuma daxil olub. Eləcə də natamam  orta təhsil bazasından 3 şagird texnikuma, 1 şagird Şərur Fiziki-riyaziyyat Təmayüllü Liseyə  daxil olub.

Hazırda məktəbdə 702 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə  83 müəllim məşğul olur. Bu müəllimlərdən 2-si Azərbaycan Respublikasının Əməkdar müəllimi adına, 1 müəllim “Tərəqqi” medalına layiq görülüblər.

Məktəbin zəngin kitabxanaya malik olması şagirdlərin mütaliəsinə şərait yaradır. Məktəbdə Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə yaradılan oxunması zəruri olan kitab sərgisi şagirdlərin marağına səbəb olub.

Hafizə Əliyeva

NTV Xəbər

www.naxcivantv.az