Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu klaviatura proqramı 200 milyon istifadəçini izləyir

“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün populyar klaviatura proqramlarından biri olan “GO Keyboard” istifadəçiləri izləyir. Bu haqda reklam elanlarını bloklayan “AdGuard” şirkəti məlumat verib.

Məlumata görə, “GO Keyboard” mobil proqramı “Google” elektron poçtu, ekranın ölçüsü, “Android” sisteminin versiyası və qurğunun modeli haqda informasiyanı serverə göndərir. İstifadəçilər klaviaturanın köməyi ilə parol, ünvan, telefon nömrələri və başqa vacib məlumatlar daxil etdiyinə görə istehsalçılar bu informasiyanı toplaya bilərlər.

"Biz kredit kartı haqda informasiya daxil olmaqla heç vaxt sizin fərdi informasiyanızı toplamayacağıq. Biz sizin məxfiliyinizi qoruyuruq” –  “GO Keyboard” proqramının yaradıcıları bildiriblər.
Naxcivantv.az “4pda.ru” saytına istinadən xəbər verir ki, “AdGuard” şirkətinin mütəxəssisləri artıq bu barədə “Google” şirkətinə məlumat veriblər. İndi axtarış nəhəngi “GO Keyboard” proqramı ilə bağlı öz qərarını nəzərdən keçirir. Reklam bloklayan şirkət istifadəçilərə öz qurğularından “GO Keyboard-Emoji keyboard”, “Swipe input”, “GIFs” və “GO Keyboard-Emoticon keyboard”, “Free Theme”, “GIF” proqramlarını silməyi tövsiyə edib, çünki onlar fərdi informasiyanı Çində yerləşən serverə göndərə bilər. Bu məlumatlar onlarla reklam şəbəkəsi və kənar resurslara ötürülür.

www.naxcivantv.az